Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Mərakeş milli komandasının Portuqaliya üzərində 1-0 qələbə qazanaraq 1/4 finala yüksəlməsi Tbilisidəki Mərakeşli turistlərin və ərəb tələbələrin sevincinə səbəb olub.
Rezonans.az xəbər verir ki, paytaxtda yaşayan, turist və tələbə ərəblər Mərakeşin qələbəsini qeyd etmək üçün Ağmaşenebeli küçəsinə çıxaraq ölkərinin bayrağını dalğlandırıb və şüarlar səsləndiriblər.










