Xaçmaz rayonunun Arzu qəsəbəsində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Rezonans.az xəbər verir ki, 1967-ci il təvəllüdlü İsayev Eldar Polad oğlu, 1972-ci il təvəllüdlü İsayeva Yasəmən Mahmud qızı, 1988-ci il təvəllüdlü Musazadə Ayşən Əbil qızı, 2019-cu il təvəllüdlü Musayev Ömər Polad oğlu və 2021-ci il təvəllüdlü Musayev Fateh Polad oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Hazırda ailənin vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.










