44 günlük müharibə üzrə materiallar Baş Prokurorluğa göndərildi

img

44 günlük müharibə üzrə  araşdırma aparan parlament komissiyasının işi nəticəsində materiallar Ermənistan Baş Prokurorluğuna veriləcək.

Rezonans.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan deyib.
 

"Komissiyanın işi tam məxfidir. Amma onu deyə bilərəm ki, işin yekunlarına görə baş prokurorla söhbətim olub. Müvafiq materialları nəzarət orqanına göndərmək niyyətindəyəm ki, onlar işi öyrənməyə başlasınlar”, - siyasətçi bildirib.


Köçəryan əlavə edib ki, bu müddət ərzində çox böyük işlər görülüb, on minlərlə sənəd və material öyrənilib.


Müzakirələr zamanı komissiyaya konkret kimin dəvət olunacağına toxunan Köçəryan xatırladıb ki, bundan əvvəl söhbət Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan və Ermənistanın birinci prezidentinin keçmiş müşaviri Jirayr Liparityanla olub. Sonuncu məktubunda deputatların suallarını cavablandırmaq üçün komissiyaya gəlməyə hazır olduğunu, Oskanyan isə təklifi rədd etdiyini bəyanatla bildirib.
 

Deputat deyib ki, 2023-cü ilin yanvarında parlament komissiyaya gəlməkdən imtina edən şəxslərə qarşı qanunvericilik sanksiyalarını nəzərdə tutan dəyişiklikləri müzakirə edəcək.
 

Siyasətçi ikonik fiqurların komissiyanın diqqət mərkəzində olacağına söz verərək tələsməməyə çağırıb. Üstəlik, müharibənin nəticələrinə görə məsuliyyət daşıyan şəxslərin dairəsi də başa düşüləndir.
 

Xatırladaq ki, müvəqqəti parlament strukturu bu ilin əvvəlində yaradılıb.

Xəbəri paylaş: