Ərdoğan Türkmənistana gedir

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 13-də Türkmənistana səfər edəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Ərdoğanın dekabrın 13-14-də Türkiyə-Azərbaycan-Türkmənistan prezidentlərinin Birinci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər edəcəyi bildirilir.

 

Qeyd edilib ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.

 

Dekabrın 14-də Avazda Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin Birinci Zirvə Toplantısı keçiriləcək. Ərdoğan, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edəcək.

Xəbəri paylaş: