Türkiyədə güclü zəlzələ

img

Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

 

Rezonans.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

 

Yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.

 

Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbəri paylaş: