Özbəkistan XİN başçısı Blinkenlə razılığa gəldi

img

Özbəkistanın xarici işlər naziri Vladimir Norov ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüş keçirib.

 

Rezonans.az xəbər verir ki, Norov bu barədə tviter səhifəsində məlumat yayıb.

 

“Antoni Blinkenlə məhsuldar görüş keçirdik. Özbəkistan-ABŞ münasibətləri ilə bağlı məsələləri, hadisələri və beynəlxalq və regional gündəmi müzakirə etdik. Əməkdaşlığı dərinləşdirmək, ticarət, investisiya, elm, təhsil, nəqliyyat və logistika sahələrində layihələr gerçəkləşdirmək üçün razılığa gəldik”, - deyə nazir yazıb.

 

Qeyd edək ki, görüş Özbəkistan XİN başçısının ABŞ-a səfəri çərçivəsində baş tutub.

Xəbəri paylaş: