Qubada qadının evinə qumbara atıldı

img

Dekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

 

Rezonans.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

 

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: