Sərxoş ata oğlunu GÜLLƏLƏDİ

img

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

 

Rezonans.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə qeydə alınıb.

 

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: