Peruda fövqəladə vəziyyət elan edildi

img

Peruda fövqəladə vəziyyət rejimi elan edilib.

 

Rezonans.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Alberto Otarola bildirib.

 

Qeyd edib ki, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.

 

Xatırladaq ki, dekabrın 7-də Pedro Kastilyo vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Etirazlar zamanı 7 nəfər ölüb, 110-dan çox polis yaralanıb.

Xəbəri paylaş: