Çin fəzaya hərbi kəşfiyyat peyki buraxdı

Çin fəzaya hərbi kəşfiyyat peyki buraxdı

Çin fəzaya növbəti hərbi kəşfiyyat peyki buraxıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə ölkənin "Xinhua" agentliyi məlumat yayıb.

 

Geniş imkanlara malik "Yaogan-36" peykinin "Long March" raketi vasitəsilə kosmosa buraxıldığı bildirilib. Məlumata görə, peyk Çinin Siçuan əyalətinin Siçang Peyk Mərkəzi ərazisindən fəzaya buraxılıb.

 

Bu, "Long March" raketləri vasitəsilə həyata keçirilən 455-ci buraxılışdır.

 

Qeyd edək ki, Çin bundan əvvəl də eyni markalı peykləri fəzaya buraxmışdı.

Xəbəri paylaş: