Kəlbəcərdə şirkət maşını qaçırıldı

img

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

 

Avtomobil şirkətə təhvil verilib. Hazırda araşdırma aparılır.

Xəbəri paylaş: