Hindistan nüvə raketini sınaqdan keçirdi

img

Hindistan nüvə başlıqlı “Aqni-5” raketini sınaqdan keçirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, 5 min kilometr mənzilli "Agni-5" raketi ölkənin şərqindəki Odişa əyalətində yerləşən Əbdül Kalam adasından buraxılıb.

 

Rəsmilər uzun mənzilli nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketin ölkənin müdafiəsinə dəyər qatacağını və milli təhlükəsizliyi gücləndirəcəyini bildiriblər.

Xəbəri paylaş: