Şamaxıda 3,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Rezonans.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:09-da Qobustan stansiyasından 24 km qərbdə Şamaxı ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələ ocağı 24 kilometr dərinlikdə yerləşib.










