ABŞ strateji ehtiyatını artırmaq üçün 3 milyon barel neft alacaq

img

ABŞ hakimiyyəti ölkənin strateji ehtiyatını artırmaq üçün 3 milyon barel neft alacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

 

Enerji təchizatı fevralın 1-dən 28-dək nəzərdə tutulub. Neftin alınması enerji təhlükəsizliyini gücləndirmək üçün həyata keçirilir.

 

Dekabrın 14-də Energetika Nazirliyi ABŞ-da neft ehtiyatlarının həftədə 10,23 milyon barel (424,13 milyona qədər) artması ilə bağlı məlumat yayıb.

 

Xəbəri paylaş: