Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI

img

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

 

Bu barədə Rezonans.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

 

Bildirilib ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

 

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Xəbəri paylaş: