Ana və azyaşlı övladları dəm qazından zəhərləndi

img

Qazax rayonunda dəm qazından zəhərlənmə olub.

 

Rezonans.az-ın məlumatına görə, rayon sakinləri, 1995-ci il təvəllüdlü Türkan Yusifova və onun 3-4 yaşlı övladları dəm qazından zəhərləniblər.

 

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: