Metroda oğurluq edən şəxs tutuldu

img

Metropolitendə Polis Şöbəsinə metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Rezonans.az-a verilən xəbərə görə, əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Xəbəri paylaş: