Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan təminat maşınlarının keçidi davam edir.
Rezonans.az xəbər verir ki, bu gün sülhməramlı kontingentə məxsus avtomobillərdən ibarət karvanın maneəsiz hərəkətinə şərait yaradılıb.
Daha əvvəl də bir neçə dəfə təminat avtomobilləri Laçın yolundan maneəsiz şəkildə keçiblər. Bu fakt göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.










