Şəkidə zəlzələ olub

img

Bu gün yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 kilometr qərbdə, Şəki şəhərində zəlzələ olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların yerin 6 kilometr dərinliyində qeydə alındığı bildirilib.

 

Məlumata görə, zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub.

Xəbəri paylaş: