Üç nəfəri bıçaqlayan şəxs axtarılır - Rəsmi məlumat

img

Bakıda üç nəfərin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Rezonans.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Hazırda iş üzrə istintaq davam edir.

Xəbəri paylaş: