FİFA Argentinaya 72 milyon verəcək

img

Ötən gün Argentina millisi Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qızıl medalını qazanıb.

 

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina dünya çempionu titulunu qazanmaqla, 35 milyon funt-sterlinq əldə edəcək.Bu isə Azərbaycan ekvivalenti ilə 72 256 800 manat deməkdir.

 

Hazırkı məbləğ dörd il əvvəlki məbləğdən 5,6 milyon funt-sterlinq artıqdır. Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq vəsait ayırıb.

 

Qeyd edək ki, Argentina millisi Fransanı məğlub edərək tarixində üçüncü dəfə munidalın qalibi olub.

Xəbəri paylaş: