“Mobil notariat” 2022-ci ilin ən yaxşı tətbiqi seçildi

img
Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqi NETTY 2022 müsabiqəsində "Dövlət və cəmiyyət" nominasiyası üzrə 2022-ci ilin ən yaxşı tətbiqi seçilmişdir.


Qeyd edək ki, Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunmuşdur. 

İnformasiya texnologiyaları sahəsində yaradılmış Azərbaycanın ilk peşəkar mükafatıdır. 

NETTY hər il informasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələri müəyyən edir və mükafatlandırır.
Xəbəri paylaş: