Vergi ilə bağlı dəyişiklik - Gələn ildən tətbiq olunacaq

img

Proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.

 

Qanun layihəsinə görə, 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi tutulacaq.

Xəbəri paylaş: