Rusiyada “Mİ-8” helikopteri qəza enişi etdi

img

Rusiyada "Mİ-8" helikopteri qəza enişi edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə Maqadanda baş verib. Nasazlıq yaranan helikopter qəza enişi etməyə məcbur olub. Nəticədə 1 ekipaj üzvü xəsarət alıb.

 

Texniki nasazlığın hansı səbəbdən yarandığı hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Xəbəri paylaş: