Şəmkirdə ağır qəza - 2 nəfər öldü

img

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

 

Rezonans.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbəri paylaş: