Ağdamda ər arvadını qətlə yetirdi

img

Dekabrın 21-də saat 3 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalar aparılır.

Xəbəri paylaş: