
Dekabrın 20-də ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) Rezonans.az-a verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.