Rusiyanın Ukraynadakı itkiləri - Yeni RƏQƏMLƏR

img

Dekabrın 21-nə olan məlumata görə, Rusiyanın Ukraynada verdiyi itkilərin sayı təxminən 100 min nəfər həddinə çatıb. Son sutkada Rusiya ordusunun 510 nəfər hərbçisi məhv edilib.
 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirlib ki, fevralın 24-dən indiyədək düşmənin itkiləri aşağıdakı rəqəmlərdə ifadə olunur:

şəxsi heyət - 99 740 nəfər.
tanklar - 3002 (dünən üçün +7) ədəd
zirehli döyüş texnikası - 5979 (+5) ədəd
artilleriya sistemləri - 1972 (+12) ədəd
reaktiv yaylım atəşi - 412 (+2)ədəd
hava hücumundan müdafiə sistemləri – 212 ədəd
təyyarə - 282 (+1) ədəd
vertolyotlar - 267 (+1) ədəd
əməliyyat-taktiki PUA - 1688 (+8) ədəd
qanadlı raketlər – 653 ədəd
gəmi/qayıq – 16 ədəd.

Xəbəri paylaş: