Müdafiə nazirləri Azərbaycanda görüşəcəklər

img

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.

 

Rezonans.az xəbər verir ki, ölkələr müdafiə nazirlərinin hər il keçirilən görüşünə rotasiya qaydası ilə ev sahibliyi edirlər.

 

Rotasiyaya əsasən, 2023-cü ildə keçiriləcək üçtərəfli görüşə Azərbaycan ev sahibliyi edəcək.

 

Xatırladaq ki, müdafiə nazirləri bugünkü Kayseri görüşündən əvvəl 2021-ci ilin oktyabr ayının 5-də Gürcüstanın Kaxeti bölgəsində bir araya gəliblər.

Xəbəri paylaş: