Qarabağın minalardan təmizlənməsinə dəstək verəcəyik - AKAR

img

“Türklərin gücünü dünyaya nümayiş etdirən Azərbaycan Ordusuna heç kimin pis gözlə baxmasına icazə verməyəcəyik”.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.

 

"Azərbaycan hamının yaxşı bildiyi, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ciddi qırğınlara və qətllərə məruz qalıb. Bu hadisələr baş verərkən Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı təəssüf ki, həmin məsələlərə toxunmadı. Onlar heç bir həssaslıq, maraq göstərmədilər, lazımi tədbir görmədilər. Rusiyanın həmsədr olduğu keçmiş Minsk Qrupu da bu mövzulara son dərəcə laqeyd münasibət göstərdi”,- deyə Akar vurğulayıb.

 

Nazir onu da qeyd edib ki, Türkiyə azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdır: “Biz savaşmaq üçün deyil, onun qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar”.

Xəbəri paylaş: