Qızıl Xaçın maşınları Laçın yolundan keçdi

img

Dekabrın 24-də - Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 13-cü günündə mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
 

Rezonans.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha 3 avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət edib.
 

Ermənistan tərəfi isə əvvəlki kimi saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirlər.
 

Xatırladaq ki, azərbaycanlı ekofəallar sözügedən ərazidə dekabrın 12-dən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.

Xəbəri paylaş: