"Brent"in qiyməti 84 dollara ÇATDI

"Brent"in qiyməti 84 dollara ÇATDI

Dünya bazarlarında neft qiymətləri yenidən yüksəlib.

 

Rezonans.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 3,63% artaraq, 1 barelə görə 83.92 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,67% artaraq, 79.56 dollara bərabər olub.

Xəbəri paylaş: