Ukraynada Azərbaycan diaspora rəhbərlərinə “FƏXRİ FƏRMAN” təltif olunub

img

“Analitika və İnformasiya Platforması” təşkilatı “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Ukraynada  Azərbaycan diaspora rəhbərlərini “Ukraynada Azərbaycan diasporasının inkişafı və möhkəmlənməsində mühüm fəaliyyətlərinə görə  “FƏXRİ FƏRMAN”  ilə təltif edib.



Rezonans.az xəbər verir ki, təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, Ukraynada  Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin Ukraynada təbliğinə, Azərbaycan Respublikasının  ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə  layiq görülüblər.


Bu barədə təşkilatın sədri Qulu İbrahimov bildirib.


Q.İbrahimov bildirib ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi güclənib.


Ukraynada güclü diasporun olduğunu deyən təşkilat sədri  bildirib ki, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi zamanı səfirliklə diaspor təşkilatları birgə səmərəli fəaliyyət göstərdi.Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yardım fonduna Diaspora rəhbərləri tərəfindən xeyli vəsait köçürülmüşdür. Ermənistanın müharibə cinayətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq istiqamətində silsilə tədbirlər həyata keçirildi. Pandemiya dövründə Ukraynada yaşayan soydaşlarımıza, Azərbaycan vətəndaşlarına kütləvi yardımlar edildi.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etdikdən sonra diasporumuz erməni məkrliyinə qarşı daha diqqətli olmalıdır deyə Q. İbrahimov əlavə edib.


 


TƏLTİF OLUNUR:


 


Xanlar Mahmudov (Professor,Poltava)


Fərhad Turanlı (Professor,Kiyev)


Yunis Alıyev (BUAK,Nikolayev)


Qüdrət Hacıyev (BUAK,Dnepr)


Vilayət Məmmədov (BUAK,Kirovoqrad)


Oleq Krapivin (KAK,Kiyev)


Qurban Abbasov (Ukrayna Xalq artisti,Kiyev)


Rövşən Tağıyev (BAUK,Kiyev)


Natiq Nağıyev (BAUK,Odessa)


İlhamə Allahverdiyeva (UAGB,Kiyev)


Natalia Kudryashova (Jurnalist)


Olqa Mamedova (UAHK,Jitomir)


Elmar Məmmədov (AUBA,Kiyev)


Qurban Abbasov (BAUK,Xarkov)


Namiq Əliyev (BAUK,Çernovtsı)


Rövşən Paşazadə (Jurnalist,Baki)


Ceyhun Qasımov (BAUK,Xmelnitski)


Maqsud Şükürov (BAUK,Pavloqrad)


Rəmzi Rzayev (BAUK,Krivoy Roq)


Əyyub Səmədov (UAK,Rovno)


Şikar Hüseynov (BAUK,Novomoskovsk)


Əlmaniz Ələkbərli (DTMM,Kiyev)


İsgəndər Vəliyev (BAUK,Çerniqov)


Mətləb Nəcəfov (BAUK,İvano-Frankovsk)


Eldar Tağıyev (UABD,Dnepr)


Namiq Talıbov (BAUK,Odessa)


Əsgər Cavadov (Rəssam,Kiyev)


Dünya Azərbaycanlılarını Təşkilatımız adından və şəxsən öz adımdan  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzulayıram.


 


Hörmətlə “Analitika və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimov.


30.12.2022



Xəbəri paylaş: