ABŞ Rusiya-Çin əlaqələrindən narahatdır

img

ABŞ Dövlət Departamenti Rusiya və Çin liderlərinin videokonfrans formatında görüşünə münasibət bildirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü danışıb.

 

O bildirib ki, ABŞ Çinin Rusiya ilə əlaqələrindən narahatdır. Sözçü Vaşinqtonun “Pekinin fəaliyyətini yaxından izlədiyini” deyib.

 

“Pekin neytral olduğunu iddia edir, lakin davranışı onun hələ də Rusiya ilə yaxın əlaqələrə üstünlük verdiyini açıq şəkildə göstərir", - o qeyd edib.

 

Xatırladaq ki, dekabrın 30-da Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpin ilə danışıqlar aparıb.

Xəbəri paylaş: