MDB-yə sədrlik qardaş ölkəyə keçdi

img

2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin ofisi bəyanat yayıb.

 

Qardaş ölkə prezidenti Sadır Japarov Qırğızıstanın Birliyin sədri kimi MDB-yə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

 

Prezident bildirib ki, ölkəsi üzv dövlətlər arasında mehriban qonşuluq və etimadın möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcək.

 

Məlumat üçün bildirək ki, Bişkekin sədrliyi ilə bağlı qərar ötən il oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində qəbul edilib. 

Xəbəri paylaş: