Rusiya və Ukrayna ombudsmanları görüşə bilər

img

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşə bilər.

 

Rezonans.az xəbər verir ki, bu barədə Lubinets özü məlumat verib.

 

Görüşün yanvar ayında baş tutacağı və mülki şəxslərin qarşılıqlı qaytarılması məsələsinin müzakirə olunacağı gözlənilir.

 

“Biz bu ay danışıqlar aparacağıq. Bu ay bizim Moskalkova ilə görüşümüz olacaq və orada mülki şəxslərin azad edilməsi məsələsini müzakirə edəcəyik. Bizim tərəfimizdən bir çox variant var. Lakin biz bilmirik ki, Rusiya onlarla razılaşacaq, ya yox”, - Lubinets Rada telekanalının efirində bildirib.


Xəbəri paylaş: