
Ukraynanın dörd bölgəsində - Dnepropetrovsk, Kirovoqrad, Nikolayev və Xarkov vilayətlərində yenidən hava hücumu xəbərdarlığı elan edilib.
Rezonans.az TASS agentliyinə istinadən bildirir ki, 4 vilayətdən əlavə, Zaporojye və Xerson vilayətlərinin Ukraynanın nəzarətində olan hissələrində də həyəcan elan olunub.
Bundan əvvəl Dnepropetrovsk və Xarkov vilayətlərində elan olunan hava xəbərdarlığı təxminən 40 dəqiqə çəkmişdi.