Qobustanda yanacaqdaşıyan maşın yandı, ölən var

img

Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

 

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.

 

***

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobili yanıb.

 

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Xəbəri paylaş: