Bakıda maşın oğrusu tutuldu

img

Bakı sakininin avtomobili qaçırılıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə yanvarın 2-si saat 16 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi ev 60-ın qarşısında qeydə alınıb. Belə ki, paytaxt sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbəri paylaş: