Əfsanəvi futbolçu Pele dəfn edilib

img

Futbol üzrə üçqat dünya çempionu Pele dəfn edilib.

 

Rezonans.az CNN-ə istinadən xəbər verir ki, dəfn mərasimindən əvvəl onun tabutu doğulduğu Santos şəhərinin küçələri ilə “Villa Belmiro” stadionuna aparılıb.

 

Ötən gündən minlərlə insan əfsanəvi futbolçu ilə vidalaşmaq üçün stadiona gedib. Pele ilə vida mərasimində 230 mindən çox insan iştirak edib. Onların əksəriyyəti Braziliya millisinin simvolik sarı formalarını geyinib.

 

Dünya futbolunun əfsanəsi Pele 82 yaşında dünyasını dəyişib. O, 21 illik karyerası ərzində 1363 oyun keçirib və 1281 qol vurub. 

Xəbəri paylaş: