BQXK-nın daha 3 maşını Laçın yolundan maneəsiz keçdi

img

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.

 

Rezonans.az xəbər verir ki, avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir.

Xəbəri paylaş: