Atəşkəs 36 saatdan çox davam etməlidir - Ərdoğanın sözçüsü

img

Ankara hesab edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

“Atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir. Hələlik məsələ ilə bağlı tərəflər vahid qərarı qəbul etməyib, bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir”, - Kalın bildirib.

 

Onun sözlərinə görə, Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır.

Xəbəri paylaş: