Separatçılar Azərbaycanın təhvil verdiyi Qazaryanı cəzalandıra bilər - AÇIQLAMA

img

Qarabağda yaşayan mülki erməninin Azərbaycan Ordusunun postuna yaxınlaşaraq kömək istəməsi, ac olduğunu, üşüdüyünü və siqaretə ehtiyac duyduğunu bildirməsi ona yardım edilməsilə nəticələnib.
Kömək istəyən erməniyə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.


Yanvarın 8-də isə Şuşada - Xankəndi-Laçın yolundakı aksiya yerində həmin mülki erməni Xankəndiyə yola salınıb.

Yolasalma yerindən lentə alınmış kadrlardan da görünür ki, erməni sakin azərbaycanlılara "sağ ol" deyir, təşəkkürünü bildirir.

Qarabağın mülki erməni sakininin Azərbaycan tərəfində təşəkkür etməsi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə məskunlaşmış separatçı-terrorçu dəstəni qıcıqlandırıb.
 

Rezonans.az xəbər verir ki, separatçılar yanvarın 9-na keçən gecə hadisə ilə bağlı məlumat yayıblar. Məlum olub ki, Azərbaycan tərəfinin qayğı ilə yanaşaraq, yedirib-içirdəndən sonra yola saldığı mülki erməni Xocavənd rayonunun Çartar kəndinin sakini Toros Qazaryandır.

Separatçılar heyvandarlıqla məşğul olan Toros Qazaryanın yanvarın 1-dən “yoxa çıxdığını” iddia ediblər. Onun guya, ruhi xəstə olduğu və azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi əraziyə getdiyi bildirilib.

Separatçı tör-töküntünün açıqlamasında görə, Rusiya sülhməramlılarının vasitəçiliyə onlara təhvil verilən Toros Qazaryan artıq müayinə olunub, həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

Separatçılar hadisə ilə əlaqədar “cinayət işi” açıldığını bildirərək, T.Qazaryanın işinin hallarının tam aydınlaşdırılması üçün bütün tədbirlər görüləcəyini qeyd ediblər.

Gedişat Toros Qazaryanın separatçılar tərəfindən cəzalandırıla biləcəyini ehtimal etməyə əsas verir.

Xəbəri paylaş: