Baxçalı qazilərimizə "Boz qurd" hədiyyə etdi

img

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini, Türkiyə parlamentinin deputatı Kamil Aydın özünün "Twitter" səhifəsində məlumat yayıb.

 

Görüş zamanı Baxçalı qazilərimizə MHP-nin nişanı olan "Boz qurd" döş nişanını təqdim edib.

 

“Qarabağda 30 illik erməni işğalını 44 gündə başa vuran azərbaycanlı qazilərimizi rəhbərimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızılı boz qurd döş nişanı verən liderimizə veteranlarımız adından minnətdarlığımı bildirirəm", - deyə deputat paylaşımda qeyd edib.

Xəbəri paylaş: