Tüfənglə ehtiyatsız davranan kişi meşədə öldü

img

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

 

R.Apayev müharibə iştirakçısıdır.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: