“Qızıl Xaç”ın maşınları Xankəndidən qayıtdılar

img

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

 

Rezonans.az xəbər verir ki, bu gün səhər saatlarında yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndindən Laçın istiqamətinə keçidinə şərait yaradılıb.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Xəbəri paylaş: