Səbinə Əliyeva “Müharibə dövründə uşaq hüquqlarının pozulması” mövzusunda beynəlxalq konfransda çıxış edəcək

img

Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfransda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Müharibə dövründə uşaq hüquqlarının pozulması” mövzusunda çıxış edəcək.

Rezonans.az-ın məlumatına görə bu barədə “Report”un Ankara bürosuna açıqlamasında beynəlxalq konfransda Azərbaycanı təmsil edən Ombudsmanın özü məlumat verib.

“Həm Xocalı soyqırımı zamanı qətlə yetirilən azərbaycanlı uşaqlar haqqında, həm də bir milyona yaxın məcburi köçkünlərin övladlarının təhsili, sağlamlıq və bir çox təməl hüquqlarının pozulması, mina qurbanları arasında uşaqların olması, Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncəyə, Bərdəyə edilən raket hücumlarında həyatlarını itirən uşaqlar haqqında məlumatlar verəcəm”, - S.Əliyeva qeyd edib.

Xəbəri paylaş: