Günun havası - Bakıda yağış, rayonlarda isə....

img

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Rezonans.az-a verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq.

 

Dağlıq rayonlarda yollar buz bağlayacaq.

Xəbəri paylaş: