Bakı və Şəkidə məktəblilər itkin düşdü

img

Bakıda və Şəkidə məktəblilər itkin düşüb.

 

Rezonans.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü məktəbli Nihat Rəhmətulin yanvarın 13-də evdən oyun zalına getmək adı ilə çıxıb və geri qayıtmayıb.

 

Şəkidə isə 2006-cı il təvəllüdlü, 10-cu sinif şagirdi Ramazan Hacıyev yanvarın 14-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: