Rusiya Ukraynada daha 790 hərbçisini itirdi

img

Rusiya Ukraynada son sutka ərzində daha 790 hərbi qulluqçusunu itirib.

 

Rezonans.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiyanın ümumi itki sayı 116 080 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 21 zirehli döyüş maşını, 5 artilleriya sistemi və 1 PUA-nın Ukrayna qüvvələri tərəfindən sıradan çıxarıldığı qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Xəbəri paylaş: